“Təkcə Soros Fondunun İrəvandakı ofisi Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaq üçün 1997-ci ildən bəri müxtəlif qüvvələrə 60 milyon dollar qrant paylayıb”
Teleqraf.com xəbər verir ki, bunu erməni siyasətçi Ayk Babuxanyan söyləyib.
Onun sözlərinə görə, Ermənistan xarici siyasətinin çoxvektorlu tarazlığı 2018-ci il hadisələrinə - Nikol Paşinyan baş nazir olana qədər qalıb.
Babuxanyan Paşinyanın hakimiyyətə gəlməsindən sonra Ermənistanın Rusiyadan qoparaq Qərbə meylləndiyini bildirib.
“Qərb həyat tərzinin bərqərar etmək, “yeni” Ermənistan vətəndaşı yetişdirmək üçün böyük pullar xərclənir. Sorosizmin bütün dövlət və ictimai strukturlara nüfuz edib. Dəyişikliyə nail olmaq üçün 1997-ci ildən bəri təkcə Ermənistandakı Soros Fondu vasitəsilə təxminən 60 milyon dollar dəyərində qrant paylanıb”.
Babuxanyan 2018-ci ildə Ermənistanda “rəngli inqilab” baş verdiyini, Ermənistanın Avrasiya Birliyindən çıxmasını müdafiə edən qərbyönümlü qüvvələrin hakimiyyətə gətirildiyini deyib: “Onların verdikləri qərarlar Ermənistan-Rusiya münasibətlərinə inam səviyyəsinin kəskin azalmasına səbəb oldu”.
Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsi nəinki erməni xalqının təhlükəsizlik sisteminin bütün zəifliyini üzə çıxardı, həm də ölkə və bölgədəki vəziyyəti kökündən dəyişdirib.
Siyasətçi Ermənistanın müharibənin yaratdığı böhranın içində batdığını bildirib.
Mənsur Rəğbətoğlu