20 Mart 2021 11:51
1 862
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nikol Paşinyan məqsədinə çatdı, iyunun 20-də erkən seçkilərin keçiriləcəyini elan etdi”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “168 Jam” qəzetində dərc olunan məqalədə bildirilib.

“Çoxlarına elə gəlir ki, bu, Nikol Paşinyanın yox, generalların və bütün müxaliflərin arzusudur. Amma bu, yanlış təəssüratdır. Paşinyan noyrabın 10-da sözün əsl mənasında ipdən asılı qaldı. Lakin müxaliflər bu gün də kürsüdə dayanan Paşinyanın boğazına keçmiş qıldan da incə ipi kəsə bilmədilər. Paşinyan isə onu möhkəm ipə çevirə bildi və az qala yıxılan hökuməti bu ip qaldırdı”, - nəşr qeyd edib.

Qəzet Ermənistanın Qarabağdakı savaşda Azərbaycana məğlubiyyətdən sonra keçən müddətdə Paşinyanın öz mövqeyini daha da gücləndirdiyini yazıb:

“Paşinyan onu hakimiyyətə bağlayan iplərini daha da möhkəmləndirib. Nikol Paşinyan hakimiyyəti qorudu, öz hakimiyyətinin əvəzinə Ermənistanın bu gününü və gələcəyini qurban verdi.

Noyabr ayının sonunda altı aylıq “yol xəritəsi” təqdim etdi və müxalifətin köməyi ilə istədiyinə nail oldu. 6 ay sonraya nəticələri müxalifət üçün çətin olacaq seçkilər elan etdi.

Nikol Paşinyan hakimiyyəti üçün həll olunmayan kimi görünən böhrandan çıxa bildi. Onun istefasını ümidsizcə istəyən müxalifət öz passivliyi ilə hakimiyyəti Paşinyana təhvil verdi. Müxaliflər bundan sonra “dərhal istefa” oyununu oynamayacaqlar, lakin onunla bazarlıq edəcəklər: yeni siyasi dəyişiklikdə öz paylarını almaq istəyəcəklər.

Müharibədə məğlub olan Nikol Paşinyan eyni məğlubiyyət üzündən ona qarşı vuruşanlar üzərində situasiya qələbəsini yazmağı bacardı”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər