“Ölkədə qan tökülməsini istəyən şəxslər və qüvvələr var”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Onlar İrəvan küçələrində qan tökülməsini istəyirlər. Bu insanlar 27 oktyabr və 1 mart hadisələrində tökülən qanla doymadılar. Bu insanlar Ermənistanı yeni qan tökülməsinə sürükləmək istəyirlər”, - baş nazir vurğulayıb.
O, Qarabağdakı müharibədən ötən 5 ay ərzində hökumət nümayəndələrinə qarşı aqressiv hücumların təşkil edildiyini bildirib.
Baş nazirin sözlərinə görə, ölkədə aqressiyanın səviyyəsini hər gün artıran qüvvələr var və onlar seçki yox, qan tökülməsini istəyirlər: “Onların bizim hakimlərimiz olmasına icazə verməyəcəyəm. Ancaq bir daha təkrar edirəm, qan istəyən qüvvələr və insanlar var”.