20 Mart 2021 21:05
1 948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bugünkü günə olan məlumata əsasən ikinci Qarabağ müharibəsində Ermənistan tərəfində 3 250 nəfərin həlak olması rəsmən təsdiq edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Nor Yedesiya icmasının sakinləri ilə görüşündə bildirib.

"Ermənistan tərəfində bugünkü günə olan məlumata görə, 3 250 nəfər rəsmən təsdiq edilmiş itki var. Bu gün 189 valideyn DNT nümunələri verib və cavab gözləyir. Bəli, itkin düşənlərin kifayət qədər böyük siyahısı var, amma bu siyahını dəqiqləşdirmək lazımdır”, - Paşinyan deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi müharibədə onsuz da çox itki verib, ancaq qurbanların sayını siyasi spekulyasiya məqsədilə dörd dəfə artırmaq lazım deyil.

“Əgər yeni şərait müəyyən olunmasa, müharibə qurbanlarımızın sayının 4 000 nəfəri ötəcəyi o qədər də ağlabatan deyil”, - baş nazir əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər