Ermənistan Silahlı Qüvvələrində COVID-19 səbəbindən 10 ölüm faktı qeydə alınıb.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin hərbi tibb şöbəsinin müdiri Saaq Oqanyan bildirib.
O deyib ki, müharibədən əvvəl hərbçilər və onların ailə üzvləri ilə birlikdə 1200 xəstə müəyyən edilib. Müharibə ərəfəsində isə 42 hərbçi infeksiyaya yoluxub.
Tibb şöbəsinin müdiri əlavə edib ki, müharibə dövründə səfərbərlik, yerdəyişmə və qoşunların hərəkəti səbəbindən xəstə sayı 3500-ə çatıb:
“Hazırda 150 xəstə var. Bu siyahıya həm hərbçilər, həm də onların ailə üzvləri daxildir. Ümumilikdə pandemiya səbəbindən hərbi qulluqçular və onların ailə üzvlərindən 10 ölüm faktı qeydə alınıb”.