Ermənistan Baş naziri Nikol Paşinyan bu yaxınlarda İrəvan meri Ayk Marutyanı hökumət evinə dəvət edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Nəşrin iddiasına görə, Paşinyan Marutyanı istefasını efirdə elan etməyə çağırıb:
“Baş nazir İrəvan merinə bildirib ki, qarşıdakı seçkilərdə İrəvanın səslərinə hava və su kimi ehtiyacı var və hər səs üçün ölüm-dirim mübarizəsi aparılmalıdır.
Paşinyan ona hakim komandanın artıq onu özününkü hesab etmədiyini və bu missiyanı başqasına etibar etmək istədiyini açıq şəkildə bildirib. Amma Ayk Marutyan seçkilərdə bitərəf qalacağına söz verərək Paşinyanın bu tələbindən imtina edib. Baş nazirin bu təhdidinə cavab olaraq seçkilərdən əvvəl hər şeyi açıqlayacağı ilə hədələyib”.
İrəvan merinin mətbuat xidməti qəzetin məsələ ilə əlaqədar sualına cavab verməkdən imtina edib.