8 Aprel 2021 18:14
429
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvanda müharibə vaxtı itkin düşmüş hərbçilərin yaxınları növbəti dəfə etiraz aksiyası keçirib.

Teleqraf.com-un məlumatına görə, etirazçılar Ermənistan Müdafiə Nazirliyinə gedən bütün yolları bağlayıb.

Hadisə yerinə çoxlu sayda polis qüvvələri, o cümlədən hərbi polis cəlb edilib. Aksiya iştirakçıları itkin düşən əsgərlərlə bağlı bu günədək hökumətdən cavab almadıqlarını bildirir.


Müəllif: Teleqraf.com