“Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan 2018-ci ilin yayında Qarabağın Azərbaycana təhvil verilməsini təklif etmişdi.”
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Bir sirri açacağam, birinci prezidentin 2018-ci ilin iyul ayında keçirdiyimiz görüş zamanı mənə nə dediyindən sitat gətirirəm: “Torpağı indidən verməlisən”. Nəyin əvəzinə? Niyə? Necə? Bu, birinci prezidentin sözüdür. Qalan hər şey təfərrüatdır”, - Paşinyan qeyd edib.