Bu gün səhər saatlarında İrəvanın “Qeraçi” xəstəxana kompleksində yanğın başlayıb.
Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, Ermənistan Fövqəladə Hallar Nazirliyinin altı xilasetmə qrupu hadisə yerinə gəlib.
Yanğın kompleksin ikinci mərtəbəsində baş verib. Xəstələr kompleksdən təxliyə edilib.
Yanğın nəticəsində bəzi palatalar yanıb. Habelə bir xəstə və bir həkim xəsarət alıb.