Zəngəzurda Ermənistan Baş naziri Nikol Paşinyanın bölgəyə səfərinə qarşı etiraz aksiyası keçirilir.
Teleqraf.com xəbər verir ki. hökumət başçısı Mehriyə gəlib, lakin onlarla vətəndaş onun şəhərdən ayrılmasını tələb edib.
Paşinyan tərəfdarları bundan sonra onu dəstəkləmək üçün şəhərin mərkəzində toplaşıb. Aralarında dava düşüb, təhlükəsizlik qüvvələri qarşıdurmanın qarşısını almaq üçün kütləvi davaya müdaxilə edib.
Erməni mətbuatı bölgədə vəziyyətin olduqca gərgin olduğunu bildirib.
Etirazçılar “Nikol xaindir”, “Nikol türkdür” şüarları səsləndirirlər. Polis aksiyanı dağıtmağa və baş nazirin kortejinin keçməsinə yol açmağa çalışır.
Qeyd edək ki, baş nazirin Mehtiyə səfəri əvvəlcədən elan edilməyib.