“Sünikdə (Zəngəzur) neytral zonanın yaradılması gələcəkdə gərginliyin ortaya çıxmasının qarşısının alınmasına imkan verəcək”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidməti rəhbərinin müavini, general-leytenant Stepan Melkonyan deyib.
“Hər iki tərəfdə bölgə sakinləri ilə qarşı tərəfin (Azərbaycan) hərbçiləri arasında təmasa imkan verməyən neytral zona var”, - general qeyd edib.
Onun sözlərinə görə, məlum səbəblərə görə delimitasiya və demarkasiya aparılmadan əvvəl təhlükəsizlik barədə danışmağa ehtiyac yoxdur:
“O vaxta qədər baş verəcək hadisələrin qarşısının alınacağını söyləmək sadəcə fantaziyadır”.