"Türklərlə düşmənçilik idarəedilən olmalıdır".
Teleqraf.com xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan deyib.
"Bu məsələni kimin süni şəkildə qaldırdığını bilmirəm. Guya sual uydururlar: biz türklərlə düşmənik, ya yox? Biz uşaqlara dinc, sabit bölgə saxlamalıyıq və düşmənçilik idarəolunan olmalıdır. Əks təqdirdə, təkcə Ermənistan deyil, bütün bölgədə fəlakətlə üzləşə bilərik", - deyə Paşinyan söyləyib.