10 May 2021 11:19
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ermənistan parlamentində baş nazir vəzifəsinə Nikol Paşinyanın namizədliyini müzakirə etmək üçün növbəti iclas keçiriləcək.

Teleqraf.com xəbər verir ki, parlament bundan əvvəlki iclasında onu hökumət başçısı vəzifəsinə seçməyib.

Ermənistan Konstitusiyaya görə, Nazirlər Kabineti rəhbərinin istefasından sonra parlament iki dəfə yeni baş nazir seçə bilməsə, parlament buraxılmalı və erkən seçkilər təyin edilməlidir.

Ermənistanda növbədənkənar parlament seçkiləri iyunun 20-nə təyin edildi. Paşinyan bu məqsədlə aprelin 25-də istefa verib, amma baş nazir vəzifəsini davam etdirir.


Müəllif: Mənsur Rəğbətoğlu