17 May 2021 11:58
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Zəngəzurda istədiyinə nail olur”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib.

O, Azərbaycan ordusunun Zəngəzurda post qurmağa başladığını iddia edib:

“Sünikdəki (Zəngəzur) problemin həll edildiyi barədə mediada məlumat dolaşır. Başqa sözlə, türklər istədiklərinə nail oldular. Bu o deməkdir ki, ərazilərimizdə postlar olacaq. Toyuq beyinli insanlar da yaxın illərdə Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası olmayacağını başa düşürlər.

Bu proseslər yalnız Süniki tamamilə itirəndən sonra başlayacaq. İndi qanuniləşdirilmiş bir razılaşma nəticəsində ərazilərimizdədirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu