“Bu, açıq təxribat idi, siyasi xarakterli təxribat”.
Teleqraf.com xəbər verir ki, bunu ötən gün saxlanılan Ermənistan parlamentinin keçmiş sədri, sabiq baş nazir Xosov Arutyunyan deyib.
O bildirib ki, ötən gün hamıdan gec Azadlıq meydanına gələrək müxalifətin mitinqinə qoşulub:
“Bir neçə dəqiqə sonra yanımda ədəbsiz sözlər eşitdim. Mən bu ədəbsiz sözlər işlədən şəxsi özünə gəlməyə dəvət etdim, bildirdim ki, ətrafda qadınlar var, siz yetkin insansınız, özünüzü yığışdırın. Bundan sonra həmin şəxs polisə müraciət etdi. Polis məndən bölməyə getməyimi istədi, imtina etdim. Sonra bir neçə polis gələrək məni zorla avtomobilə oturtdu. Polis məni bölməyə apardı, saatlarla saxlanıldım. Sonra vəkillərim gəldi. Mən beləcə təxribatın qurbanı oldum. Bunu edən Artiom Xaçaturyanın Feysbuk səhifəsinə baxsanız görərsiniz ki, orada yalnız söyüş və təhqir var".