20 May 2021 13:43
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

“KTMT müharibənin qarşısını siyasi yollarla almaq üçün hər şeyi edir”.

Teleqraf.com xəbər verir ki, bunu hökumətin iclasında çıxış edən Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsinin ən azı ilk bəndlərini oxuyan hər kəs bilir ki, bu qurum məsələləri atəş açmadan da həll edə bilər. Bu, vurmaq üçün və onu da buna çağırmalı olduğunuz bir təşkilat deyil. Sadəcə, gərginliyin böyümənin qarşısını almaq və məsələni siyasi yollarla həll etmək üçün mexanizmləri aktivləşdirilməlidir”, - baş nazir vurğulayıb.

Onun sözlərinə görə, sərhədlərin müəyyənləşdirilməsi məsələsini tezliklə həll etmək mümkün deyil, bu, uzun vaxt apara bilər.

Qeyd edək ki, Paşinydan bundan əvvəl KTMT-ni Ermənistan-Azərbaycan sərhədindəki gərginliyə müdaxilə etməyə çağırmışdı. Paşinyana cavab verən KTMT baş katibi Stanislav Zas ona üçtərəfli anlaşmaların yerinə yetirilməsinin alternativi olmadığını bildirmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər