25 May 2021 14:22
1 270
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın keçmiş prezidenti, “Hayastan” blokunun lideri Robert Köçəryan Qarabağ məsələsi ilə bağlı hərbi variantı nəzərdən keçirmədiyini bildirib.

Teleqraf.com xəbər verir ki, o, bu gün keçirdiyi mətbuat konfransında, danışıqların “Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə kanalına qaytarılmasını” diplomatik müstəvidə gördüyünü qeyd edib.

“Söhbət məsələnin hərbi yolla həll edilməsindən getmir. Ölkə o vəziyyətdə deyil və mən ümumiyyətlə bu gün belə şeylərdən danışmağın doğru olmadığını düşünürəm. Söhbət məsələnin öz müqəddəratını təyinetmə hüququ müstəvisinə qaytarılmasından gedir”, – deyə o bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər