1 İyun 2021 12:16
1 666
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanla Azərbaycan arasında “gizli” deyilən sənədlər yoxdur və ola da bilməz”.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan deyib.

“Sizdən yalnız bunu istisna etməyinizi xahiş edirəm. Niyə belə məlumatın yayıldığını başa düşə bilmirəm. Belə bir şey yoxdur və sizi əmin edə bilərəm ki, ola bilməz”, - Qriqoryan bildirib.

O, xarici işlər naziri Ara Ayvazyanın bu səbəbdən istefa verməsi haqda suala da cavab verib.

Qriqoryan bu sualı Ayvazyanın özünə yönəltməyin daha yaxşı olduğunu deyib: “Əminəm ki, özü bütün suallara daha ətraflı cavab verəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər