3 İyun 2021 15:44
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Ermənistanda “İldırım-2021” adlı xüsusi hərbi təlim keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə KTMT-nin sözçüsü Vladimir Zaynetdinov məlumat verib.

O qeyd edib ki, Ermənistanda keçirilməsi planlaşdırılan təlimlərdə zirehli texnikalar, aviasiya vasitələri, PUA və axtarış itlərindən istifadə olunacaq.

Zaynetdinov 1-3 iyun tarixlərində Ermənistanda KTMT-nin Kollektiv Çevik Qüvvələrinin xüsusi təyinatlı qüvvələrinin yaradılmasını nəzərdə tutan təlimin hazırlanması ilə bağlı qərargah danışıqlarının aparıldığını söyləyib.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər