“Ermənistanın mövcud rəhbərliyi Dağlıq Qarabağla bağlı yanlış addımlar atdı”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Köçəryan deyib.
“Ermənistanın mövcud hakimiyyəti ziddiyyətli açıqlamalar verərək, Şuşanı Dağlıq Qarabağın paytaxtı elan etdi. Bunu bilə-bilə elədilər, sanki danışıqlar yolu ilə bir şey əldə edəcəyinə ümid bəsləmirdilər”, - o söyləyib.
Köçəryan Şuşanın azərbaycanlılar üçün həsas məsələ olduğunu bildirib.