Rusiyada bir-birini güllələyən ermənilərin görüntüləri ortaya çıxıb.
Teleqraf.com xəbər verir ki, Soçi şəhər sakini Vardan Koçaryan məhkəmə qərarı ilə qanunsuz tikililəri sökməyə gələn məhkəmə icraçılarına atəş açıb.
Güllə yarası alan məhkəmə icraçıları Albert Aqozyan və Andranik Mativosyan hadisə yerindəcə ölüb.
Sonradan məlum olub ki, atəş açan erməni Soçinin Adler bölgəsində saxlanılıb.
Rusiya İstintaq İdarəsi faktla bağlı Cinayət Məcəlləsinin 259,30 və 105-ci maddələri əsasında cinayət işi açıb.