Ermənistan Baş naziri Nikol Paşinyan ATƏT-in Minsk qrupunun həmsədrlərini - Rusiya, ABŞ və Fransanı “Dağlıq Qarabağın statusu” ilə bağlı məsələdə Azərbaycan tərəfdarı olmaqda ittiham edib.
Teleqraf.com xəbər verir ki, Paşinyan 2018-ci ildə hakimiyyətə gəldikdən sonra münaqişəni həll etmək üçün danışıqlar prosesinin çıxılmaz vəziyyətdə olduğunü gördüyünü deyib.
Onun sözlərinə görə, vasitəçilər danışıqlarda həmişə Azərbaycanın mövqeyinə sadiq qalıblar: “Bu mövqe 2018-ci ildə yox, bundan əvvəl müəyyən edilmişdi”.