10 İyun 2021 21:35
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Füzuli və Cəbrayıl rayonlarında aparılan axtarışlar zamanı Ermənistan silahlı qüvvələrinin ikinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilmiş daha 4 hərbçisinin meyiti tapılıb.

Bu barədə Teleqraf.com Ermənistan mediasına istinadən xəbər verir.

Qeyd edilir ki, onlar itkin hərbçilər siyahısına daxil idi. Meyitlərin şəxsiyyətləri məhkəmə-tibb ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tapılan itkin erməni hərbçilərinin meyitlərinin sayı 1 567-yə çatıb. Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyi ölkənin ikinci Qarabağ müharibəsində məhv edilmiş hərbçilərinin sayını gizlədir.


Müəllif: Teleqraf.com