11 İyun 2021 22:53
1 702
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gallup” beynəlxalq sorğu şirkətinin sorğusunda iştirak edən respondentlərin 24.1% -i Ermənistanın sabiq prezidenti Robert Köçəryanın “Ermənistan” blokuna, 23,8% -i isə hazırkı Baş nazir Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyasına səs verməyə hazırdır.

Teleqraf.com xəbər verir ki, ilk dəfə olaraq sorğularda Köçəryan minimal fərqlə Paşinyanı üstələyib.
Sorğuda ümumilikdə 1103 respondent iştirak edib.

Üçüncü yeri Artur Vanetsyanın “Mənim şərəfim var” bloku tutub, seçicilərin 7.4% -i ona səs verməyə hazırdır. Qagik Sarukyanın “Çiçəklənən Ermənistan” partiyası 3.7%, Edmon Marukyanın “İşıqlı Ermənistan” partiyası 3.1%, Şirinyan-Babacanyanın bloku 2.5%, Serj Sərkisyanın Respublikaçı partiyası 2.3%, “Milli Demokrat” partiyası 0.8% səs alıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər