“Ermənistan” bloku səsvermənin nəticələrini qəbul etmir və Konstitusiya Məhkəməsinə müraciət edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə “Ermənistan” blokunun üzvü, “Dirçəliş Ermənistan” Partiyasının lideri Vahe Akopyan Tert.am-a danışıb.
Qeyd edək ki, “Ermənistan” blokunun liderləri 22 iyun saat 11:00-da birgə mətbuat konfransı keçirəcəklər. Mətbuat konfransı zamanı blokun seçkilərlə bağlı yekun mövqeyi və atılacaq addımların nədən ibarət olması açıqlanacaq.