29 İyun 2021 14:18
1 778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ermənistanın Şirak bölgəsindəki bir neçə kəndin sakinləri İrəvan-Gümrü yolunu bağlayaraq rəsmilərdən su təchizatı ilə bağlı problemin həllini tələb edib.

Teleqraf.com erməni mediasına istinadla bildirir ki, yağıntının olmaması və yüksək hərarət kənd təsərrüfatına ciddi ziyan vurub.

Suvarma suyunun çatışmazlığı səbəbindən Şirak bölgəsinin əkinçiləri məhsulun keyfiyyət və miqdarının aşağı düşdüyünü bildirirlər.

Bölgənin aran ərazilərindəki əkin sahələrində məhsullar artıq tamamilə zay olub.

Şirak bölgəsi administrasiyasının əkinçilik şöbəsinin müdiri Movses Manukyan deyib ki, kəndlilər bir neçə ildir quraqlıq zamanı suvarma problemi yaşayırlar.

İrəvan-Gümrü yolunu bağlayan kəndlilər su probleminin həllini tələb edir, məsələ həll edilmədən yolu açmayacaqlarnı bildirirlər.


Müəllif: Cavad

Oxşar xəbərlər