30 İyun 2021 10:18
1 719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın müdafiə naziri vəzifəsini icra edən Vaqarşak Arutyunyan “Erebuni” aerodromunda olub.

Teleqraf.com xəbər verir ki, burada Ermənistan silahlı qüvvələrinin aviasiya idarəsinin rəisi, polkovnik Qagik Aslanyan və Rusiya hərbi hava bazasının komandanı, polkovnik Aleksandr Petrov təyyarə vasitələrini və onların texniki xüsusiyyətlərini V.Arutyunyana təqdim ediblər.

İki ölkənin hərbi qüvvələri arasında mövcud əməkdaşlığın vəziyyəti, birgə döyüş növbətçiliyi prosesi və qarşıdakı proqramlar müzakirə olunub.

Qeyd edək ki, “Erebuni” aerodromunda Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının aviasiya komponenti yerləşir. Hərbi baza Rusiya-Ermənistan münasibətlərinin mühüm tərkib hissəsidir.


Müəllif: Səxavət

Oxşar xəbərlər