16 İyul 2021 14:53
996
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan baş naziri Nikol Paşinyanın rəqiblərini sıradan çıxarmaq və onlardan intiqam almaq addımları davam edir.

Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, Sisian şəhər meri Artur Sərksiyan həbs edilib.

Ermənistan İstintaq Komitəsi Sisian merinə qarşı vəzifə səlahiyyətindən sui-istifadə və rəsmi şəxs tərəfindən qəsdən yalan məlumatlar yayma, saxtakarlıq maddələri üzrə cinayət işi başlayıb.

Məlumat üçün bildirək ki, Sisian şəhərinin də daxil olduğu Sünik (Zəngəzur) bölgəsinin beş icma rəhbəri həbs edilib. Mehri, Qacaran, Vorotan, Gorus rəhbəri barəsində cinayət işləri açılıb.


Müəllif: Cavad

Oxşar xəbərlər