Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Azərbaycanın Qarabağda və Ermənistan-Azərbaycan sərhədində yeni hərbi toqquşma yaratmaq niyyətində olduğu ilə bağlı sərsəm iddialar səsləndirib.
Teleqraf.com xəbər verir ki, o bu sərsəm iddialarla Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə keçirilən birgə mətbuat konfransı zamanı çıxış edib.
“Ermənistan Qarabağla bağlı danışıqları davam etdirməyə hazırdır, lakin Azərbaycan bu hazırlığa heç bir şəkildə reaksiya göstərmir və qeyri-rəsmi mənbələrdən alınan məlumata görə, Azərbaycan Qarabağda və Ermənistan-Azərbaycan sərhədində yeni hərbi toqquşmalar törətmək niyyətindədir” – deyə o bildirib.
Onun sözlərinə görə, bu niyyətlərin təzahürü Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində vəziyyətin kəskinləşməsidir. Paşinyan, hadisələrin sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlamağa imkan vermədiyini də əlavə edib və Bakını Ermənistanda əsir sayılan şəxslərin geri qaytarılması ilə bağlı razılaşmaları pozmaqda günahlandırıb.