“Ermənistan Baş naziri Nikol Paşinyanın Fransa ilə siyasi flörtləşməsi özünə və ölkəsinə yaxşı heç nə vəd etmir”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
“Nikol Paşinyanın Fransa ilə ən yüksək səviyyədə siyasi flörtləşməsi, yaxşı bir şeyə səbəb olmayacaq. İrəvan Fransa hərbi kontingentini regiona dəvət etsə, bu, Paşinyanla Ermənistanın siyasi intiharı olacaq”, - Korotçenko bildirib.