12 Avqust 2021 11:40
2 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanla sülh danışıqlarını bərpa etməyə hazıram”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, Ermənistan Azərbaycanla sülh danışıqlarını bərpa etmək üçün təkliflər gözləyir: “Bununla belə, beynəlxalq monitorinq mexanizmini işə salmadan belə bir prosesi təsəvvür etmək çətindir”.

Paşinyan deyib ki, iyulun 29-da artıq bu məsələyə toxunub və bu rolu KTMT-yə və ya ATƏT-in Minsk qrupunun həmsədrlərinə öz üzərinə götürməyi təklif edib.

Baş nazir vurğulayıb ki, Ermənistan Minsk qrupunun həmsədrlərinin təklifi ilə həm yüksək, həm də ən yüksək səviyyədə sülh danışıqları prosesinə qayıtmağa hazırdır: “Biz konkret təkliflər gözləyirik”.

Sərhədlərin demarkasiya və delimitasiyası məsələsinə gəldikdə, Paşinyan söyləyib:

“Bu istiqamətdə işlər də gücləndirilməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər