“Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası ilə bağlı işlər sürətləndirilməlidir”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, həll edilməsi üçün daha çox vaxt tələb edən məsələlər var.
Paşinyan qeyd edib ki, kifayət qədər tez həll oluna biləcək məsələlərdən biri bölgədə kommunikasiyaların açılmasıdır.
Baş nazir bildirib ki, bununla bağlı qurulmuş işçi qrupu Ermənistan, Rusiya və Azərbaycan baş nazir müavinləri formatında işini bərpa edəcək.
Qeyd edək ki, Ermənistan iyun ayında işçi qrupundan imtina etmişdi.
***
12:22
“Ermənistan başqa ölkələrin əraziləri işğal etmək və ya başqa təcavüzkar davranışlar etmək niyyətində deyil”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
Onun sözlərinə görə, bölgədə düşmənçilik və qarşıdurmanın daha da dərinləşməsi qəbuledilməzdir: “Bu, təkcə regional deyil, həm də beynəlxalq təhlükəsizliyə təhdiddir”.
Paşinyan qeyd edib ki, düşmənçiliyi aradan qaldırmaq Ermənistanın regional xarici siyasətinin ən vacib elementlərindən birinə çevrilməlidir:
“Ermənistan hesab edir ki, qonşularla normal münasibətlərin qurulması və və ya bunun inkişafı uzunmüddətli sülh, təhlükəsizlik, sabitlik və inkişaf üçün əsas rol oynayır. Qonşu ölkələrlə münasibətlərin tənzimlənməsi və ya inkişafı hökumətin xarici əlaqələrinin vacib istiqaməti olacaq”.
Onun sözlərinə görə, bəzi qüvvələr ölkənin qonşularına qarşı təcavüzkar hərəkətləri üçün orduda islahatlara ehtiyacı olduğunu söyləyərək, Ermənistanın niyyətini yanlış təqdim etməyə çalışırlar:
“Ermənistan Silahlı Qüvvələrini təcavüz üçün deyil, ondan müdafiə üçün inkişaf etdirir. Bizim əraziləri işğal etmək niyyətimiz yoxdur. Niyyətimiz suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaqdır».
Ermənistan hakimiyyəti beynəlxalq tərəfdaşların dəstəyi ilə və lazım gələrsə birbaşa təmaslar vasitəsilə bu gündəmdə fəal dialoqa (Azərbaycanla) başlamağa hazırdır.