23 Avqust 2021 14:35
2 499
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Paşinyan hökumətinin təqdim etdiyi layihələr demarkasiya və delimitasiya, yolların açılması, xarici siyasətlə bağlıdır, bu artıq problemlidir və Ermənistanın maraqlarına uyğun deyil. Ancaq bu günə qədər Xarici İşlər Nazirliyinin rəsmi mövqeyini eşitməmişik”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın sabiq deputatı, politoloq Arman Abovyan deyib.

O əlavə edib ki, deputat olduğu dövrdə Xarici İşlər Nazirliyinə sorğu göndərsə də, bu günə qədər cavab ala bilməyib.

Sabiq deputatı daha çox Ermənistan-Türkiyə münasibətlərinin perspektivi maraqlandırır:

“Ermənistanın türklərlə diplomatik əlaqələr qurmaq niyyətində olub-olmaması və hansı şərtlər əsasında bunun mümkünlüyü məni maraqlandırır. Ermənistan tez-tez deyir ki, şərt qoymadan Türkiyə ilə danışıqlara hazırdır. Mən xatırlatmalıyam ki, biz Türkiyə ilə sərhədləri bağlamamışıq. Sərhədi türklər bağlayıb və ilkin şərtləri də onlar irəli sürüb. Bu ilkin şərtlərin açarı budur ki, Ermənistan "erməni soyqırımı"nın tanınması ilə bağlı beynəlxalq prosesdən imtina etsin, birgə komissiya ilə razılaşsın və bu məsələni tarixən mübahisəli məsələlər siyahısına köçürsün. Bu, qəbuledilməzdir. Gözləyək, görək, Xarici İşlər Nazirliyi bu suala cavab verirmi?”.

Abovyanı maraqlandıran digər məqam Azərbaycanın Qazax istiqamətində işğal edilən altı kəndinin taleyidir:

“Tavuşdakı ərazilərin verilib-verilməyəcəyi və ya xoş xarici sözlər istisna olmaqla, beynəlxalq səviyyədə qurulmuş delimitasiya və demarkasiyanın necə olacağı ilə bağlı suallar var”.

Abovyan gözləyir ki, Xarici İşlər Nazirliyi onun suallarına cavab versin:

“Yalnız hazırlıq işlərini, bəzi danışıqları Moskvada görürük, amma bu proseslər haqqında dəqiq məlumatımız yoxdur. Paşinyan hökumətinin ictimaiyyəti təəccübləndirmək vərdişini nəzərə alaraq, düşünürəm ki, Xarici İşlər Nazirliyi sadaladığım suallara cavab verməlidir”.


Müəllif: Cavad

Oxşar xəbərlər