Ermənistanın N saylı hərbi hissəsinin döyüş postunun komandiri üç hərbçinin ölümü ilə əlaqədar saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Qeyd edək ki, avqustun 19-da Azərbaycanla sərhədin cənub-şərq istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş postunda əsgər Qor Saakyan, Leon Arutyunyan və Murad Muradyanın cəsədləri tapılıb. Bədənlərində güllə yarası aşkar olunan hər üç əsgər 2002-ci il təvəllüdlüdür.
İstintaq zamanı hadisədə döyüş postunun komandirinin əli olduğu üzə çıxıb. O, hərbçiləri öldürməyə təhrik etməkdə, habelə başqa hərbçiyə qarşı zorakı cinsi davranışlarda şübhəli bilinərək saxlanılıb.
Bundan başqa, əvvəllər saxlanılan hərbi qulluqçu A.X. də ittiham olunub və həbs edilib.
İstintaq davam edir.