25 Avqust 2021 14:21
1 767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ermənistan parlamenti əsl döyüş meydanına çevrilib.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, səhər saatlarında deputatların bir-birinə boş və dolu su qablarını atmasından bir neçə saat sonra parlament salonunda əsl dava başlayıb.

Məlumata görə, iclas salonunda hakim “Vətəndaş Müqaviləsi” Partiyasından olan deputatlar “Ermənistan” blokundan olan deputat Vahe Akopyanı təpikləyiblər.

Əvvəlcə Akopyanı V.Aleksanyan təpikləyib. Sonra hakim partiyanın digər deputatları da prosesi qoşulub.

Bundan sonra Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları zala daxil olaraq tərəfləri ayırmağa çalışıb.


Müəllif: Cavad

Oxşar xəbərlər