2 Sentyabr 2021 16:57
3 603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Düşmənlə müharibə vaxtı belə dostluq etmək lazımdır.

Teleqraf.com xəbər verir ki, bu qeyri-adi bəyanatla Ermənistanın yüksək texnologiyalı sənaye naziri Vaaqn Xaçatryan hökumət iclasından sonra keçirdiyi brifinqdə çıxış edib.

Ermənistan mediası qeyd edir ki, İrəvanın keçmiş meri, ixtisasca iqtisadçı olan V.Xaçatryan bu açıqlama ilə özünə Azərbaycanla barışmaq üçün əsasların olub-olmadığı barədə fikir yürütməyə icazə verdiyini nümayiş etdirib.

“Əsaslar həmişə olub. Ermənistanın müstəqil dövlət olaraq yarandığı gündən – 30 il əvvəldən bu əsaslar var. Onlar indi də var və biz bundan istifadə etməyi bacarmalıyıq. Ləyaqətli sülhə nail olmaq lazımdır”, - deyə V.Xaçatryan bildirib.

Ermənistan mediası nazirin açıqlaması ilə bağlı şərhində qeyd edir ki, V.Xaçatryan bununla açıq şəkildə xristian mərhəməti nümayiş etdiriib və əlavə edib ki, düşmənlə müharibə zamanı da dostluq etmək lazımdır.

Vaaqn Xaçatryan 4 avqust 2021-ci ildə bu vəzifəyə təyin olunub.


Müəllif: Səxavət

Oxşar xəbərlər