6 Sentyabr 2021 17:27
5 471
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Qarabağla bağlı proseslərdən çəkilir”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın “Şərəfim var” parlament fraksiyasının üzvü Tiqran Abramyan deyib.

“Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, Azərbaycan və Rusiya Qarabağdakı rus sülhməramlılarının mandatı ilə bağlı hüquqi mexanizmləri müzakirə edirlər. Hikmət Hacıyev qeyd edib ki, bu məsələ 10 noyabr bəyanatından irəli gəlir.

Əgər Rusiya və Azərbaycan arasında belə bir müzakirə gedirsə, bu, Ermənistanın Qarabağla əlaqəli proseslərdən tədricən geri çəkilməsi deməkdir. Sadə dillə desək, hətta 10 noyabr tarixli sənəddə Qarabağla bağlı məsələlərin üçtərəfli formatda həll ediləcəyi güman edilirdi”, - Abramyan bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər