Ermənistan Azərbaycanla 44 günlük müharibənin acı nəticələri yaşamaqda davam edir.
Teleqraf.com xəbər verir ki, Ermənistanın Gorus rayonunda 16 əsgər və 2 zabitin müharibə dövründə ölməsinə dair başlanan məhkəmə prosesi İrəvanda davam etdiriləcək.
İşdə əsas ittiham olunan şəxs polkovnik-leytenant Andranik Veranyandır. İşin materiallarına görə, polkovnik-leytenant müharibə dövründə vəziyyəti düzgün qiymətləndirə bilməyib və Azərbaycan ordusu 16 əsgər və 2 zabitin olduğu avtomobili məhv edib.
Qeyd edilir ki, erməni zabitinə qarşı Ermənistan Cinayət Məcəlləsinin 375-ci maddəsi ilə cinayət işi açılıb.