Xankəndidə qalan separatçı tör-töküntülər içərisində qarşıdurma və fikir ayrılıqları başlayıb.
Teleqraf.com xatırladır ki, dünən sözdə “Artsax müdafiə ordusunun komandanı M.Arzumanyanın” istefa verdiyi haqda məlumat yayılıb.
Hətta onun yerinə Kamo Vardanyanın təyin ediləcəyi anonsu da verilib.
Ancaq sonradan baş separatçı Araik Arutyunyanın “mətbuat katibi” Lusine Avanesyan bildirib ki, Arzumyanın istefa ərizəsi qəbul edilıməyib.
Qeyd edək ki, bir neçə gün öncədə separatçıların sözdə “nazirləri”ndən biri də istefa vermişdi.
Analitiklər hesab edirlər ki, Xankəndidə müşahidə olunan səssız anarxiyanın bir neçə səbəbi ola bilər. Bu qarşıdurmanın əsasını “təhlükəsizlik şurasının katibi” sayılan Vitali Balasanyanla Araik Artunyan arasında olan konflikr təşkil edir. Nikol Paşinyan son seçkilər nəticəsində İrəvanda mövqeyini gücləndirdikdən sonra Xankəndində ona bağlı olan Arutyunyan da “Qaravağ klanı”nın əsas dayaqlarından sayılan Balasanyanın zəiflədilməsi prosesini başlayıb. Ötən gün Ağdərədə erməni separatçı silahlı dəstələri ilə rus sülhməramlılar arasında baş verən konfliktdə bu aspektdə qiymətləndirilir.