İkinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusunun itkin düşmüş daha bir hərbçisinin meyitinin qalıqları tapılıb.
Bu barədə Teleqraf.com Ermənistan mətbuatına istinadən xəbər verir.
Qeyd edilir ki, hərbi qulluqçunun meyitinin qalıqları Azərbaycanın Füzuli rayonu ərazisində aşkarlanıb.
Meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.
Bununla da Qarabağda meyiti aşkarlanan itkin erməni hərbçilərin sayı 1 668-yə çatıb.