23 Sentyabr 2021 22:13
6 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın “Erməni Qartalları: Birləşmiş Ermənistan” partiyası Ukraynanın qanunsuz ilhaq edilmiş Krım bölgəsini “Rusiya ərazisi” kimi tanıdığını bəyan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə partiya lideri Xaçik Asryanın bəyanatında bildirilib.

O, “tarixi ədalət” və “həqiqətin bərpası” üçün Ermənistan Baş naziri Nikol Paşinyana Krımı “Rusiyanın ayrılmaz hissəsi” olaraq tanımağa çağırıb.

“Baş naziri Nikol Paşinyanın təmsil etdiyi Ermənistanın ən yüksək hakimiyyət orqanlarını dərhal Krımı Rusiya Federasiyasının ayrılmaz hissəsi kimi rəsmi olaraq tanımağa cəsarət göstərməyə çağırırıq”, - Asryan qeyd edib.

Partiya lideri Paşinyan hökumətinin bunun üçün Ukrayna ilə bütün əlaqələri pozmağı belə gözə almalı olduğunu söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər