23 Oktyabr 2021 16:01
1 339
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın rəhbərlik etdiyi “Hayastan” (Ermənistan) bloku gələn həftə mitinq keçirəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə parlamentdəki “Hayastan” fraksiyasından olan deputat Aqnessa Xamoyan açıqlama verib.

O, müxalifət blokunun hazırlaşdığı mitinqin tarixi və keçiriləcəyi məkanın bəlli olmadığını söyləyib:

Yaxın vaxtlarda blokun adından müvafiq bəyanat veriləcək.

Deputat əlavə edib ki, hazırda blok bu məsələ ilə bağlı müxtəlif siyasi qüvvələrlə siyasi məsləhətləşmələr aparır.

Bundan əvvəl siyasi birliyin nümayəndələri tezliklə hakimiyyətə qarşı küçə aksiyalarını bərpa edəcəklərini bildirmişdilər.


Müəllif: Mənsur Rəğbətoğlu