26 Oktyabr 2021 12:27
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistandan mühacirətin səbəbləri əsasən iqtisadi xarakter daşıyır. Əhalinin kütləvi axınının ilk dalğası “ac və soyuq” 90-cı illərə düşdü. Sonrakı “normal” illərdə bu proses nəzərəçarpacaq dərəcədə yavaşladı”.

Bunu erməni araşdırmaçı jurnalist Smbat Qriqoryan yazır.

Müəllif qeyd edir ki, uzunmüddətli sorğunun nəticələrinə görə, mühacirlərin 72%-dən çoxu ölkədən getmələrinin aşağıdakı səbəblərini göstəriblər: iş problemi və ya vətənlərində layiqli yaşamaq üçün zəruri gəlirin olmaması. Bu, əsas amildir. Mühacirətin ikinci dərəcəli səbəbləri də var. “Ailə birləşməsi”.

Məsələn, mühacirətin yuxarıdakı səbəblərindən biri ailə birləşməsidir. Ancaq ailələr “nədənsə” Ermənistanda deyil, başqa ölkələrdə birləşirlər.

Mühacirətin yuxarıda qeyd olunan səbəblərinə ötən ildən yeni, daha ciddi bir səbəb əlavə olundu – Qarabağda 44 günlük müharibənin nəticəsi. Habelə sərhədlərdə problemlər və yaxın gələcəkdəki qeyri-müəyyənlik bir çox insanı yaşamaq üçün təhlükəsiz yer axtarmağa vadar edir. O cümlədən ölkə xaricində.

Təsadüfi deyil ki, bu ilin ötən aylarında Rusiya vətəndaşlığını qəbul edən Ermənistan vətəndaşlarının sayında kəskin sıçrayış qeydə alınıb. 2017-2021-ci illərin yanvar-sentyabr ayları üçün bu göstəricinin dinamikasını əks etdirən aşağıdakı qrafikdən bunu aydın görmək olar.

Erməni jurnalisti qeyd edir ki, 2017-2020-ci illərdə 100 mindən çox erməni Rusiya vətəndaşlığını qəbul edib.

Bu ilin doqquz ayı ərzində Rusiya vətəndaşlığını qəbul edənlərin sayı (34,1 min nəfərdən çox) yaxın retrospektivlərin illik göstəricilərini üstələyib. Belə ki, maksimum səviyyə ötən il müşahidə olunub - 30,5 min nəfər. Yəni, cari il üçün artıq bu sahədə “anti-rekord” vaxtından əvvəl müəyyən edilib.

Hesabat yanvar-sentyabr aylarında Ermənistan keçmiş SSRİ-nin dağılmış respublikaları arasında mütləq göstəricilərə görə 4-cü yeri tutub. Bu reytinqdə bizi Ukrayna (293 min nəfər), Tacikistan (demək olar ki, 70 min nəfər) və Qazaxıstan (36 min nəfərdən az) qabaqlayır. Bununla belə, “Rusiya vətəndaşlarının” Ermənistan əhalisinin ümumi sayındakı payına görə (yanvar-sentyabrda 1,2%) biz reytinqdə heç də nüfuzlu olmayan 1-ci yeri tuturuq.

Ermənistanda bir çox keçmiş sovet respublikaları üçün xarakterik olan etnik rusların öz tarixi vətənlərinə qayıtması prosesi çətin 90-cı illərdə baş verdi. 1989-cu ildə Ermənistandakı rusların sayı demək olar ki, 52 min, 2010-cu ildə isə artıq 12 mindən az olub. Beləliklə, Rusiya vətəndaşlığının böyük əksəriyyəti Ermənistanın yerli əhalisi qəbul edib.

Jurnalist yazır ki, əgər yaxın gələcəkdə ölkədə mövcud çətin vəziyyətdə kardinal müsbət dəyişikliklər olmasa, bu, mühacirət miqyasının daha da genişlənməsinə səbəb ola bilər.


Müəllif: Nemət