Ermənistan ordusunun tanınmış hərbçisi intihar edərək həyatına son qoyub.
Teleqraf.com xəbər verir ki, bu barədə jurnalist Elçin Alıoğlu məlumat verib.
Jurnalist intihar hadisəsinin Rusiyada baş verdiyini bildirib:
“Ermənistan Silahlı Qüvvələrindəki xüsusi təyinatlı dəstənin “ən tanınmış” mənsublarından olan Gevorq Arustamyan bu gecə intihar edib.
İrəvandakı media bu barədə xəbər verməyib.
Arustamyan son aylarda Rusiyanın Sankt-Peterburq şəhərində yaşayırdı”.