16 Noyabr 2021 16:06
1 329
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Hərbi Hava Qüvvələrinin Gümrü bölgəsindəki ixtisaslaşmış bazasının yaxınlığında partlayış baş verib.

Teleqraf.com erməni KİV-inə istinadla xəbər verir ki, bunu yerli həkimlər bildiriblər.

Nəticədə 2003-cü ildə anadan olmuş T.U. döş qəfəsindən yaralanıb. O, Gümrüdə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər