Ermənistan Prezidenti Armen Sərkisyan Ambartsum Matevosyanın baş nazirin müavini vəzifəsinə təyin edilməsi haqqında fərman imzalayıb.
Teleqraf.com xəbər verir ki, fərman Baş nazir Nikol Paşinyanın təklifi ilə təsdiqlənib.
Matevosyan dünən Ermənistanın Armavir vilayətinin qubernatoru vəzifəsindən azad edilib.
Baş nazirin yeni müavininin 29 yaşı var, o, ABŞ-da təhsil alıb və işləyib. 2016-2018-ci illərdə Ermənistan Amerika Universitetində işləyib.
2018-ci ildə Armavir vilayətinin qubernatoru təyin edilib.
Ermənistanın müxalif mətbuatı onu “Sorosun adamı” adlandırıb.