Rusiya səfiri Sergey Kopırkin yaxın vaxtlarda Ermənistandan geri çağırılacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.
“Kopırkin 2018-ci ilin aprelində Ermənistana səfir təyin edilib. Görünür, indi onun geri çağırılması diplomatik xidmət haqqında qanuna uyğundur, çünki diplomatlarla əmək müqaviləsi 3 il müddətinə bağlanır. Kopırkinlə bağlı da bu müddət keçib. Amma dövlət öz nümayəndəsindən razıdırsa, adətən müqavilə uzadılır. Rusiya səfirləri isə heç bir fövqəladə hal baş vermədiyi təqdirdə, bir qayda olaraq, ev sahibi ölkələrdə öz işlərinə davam edirlər”, - nəşr qeyd edib.
Qəzet Rusiya hakimiyyətinin İrəvandakı səfirindən narazı olduğunu iddia edib: “Görünür, müəyyən qədər narazılıq var və indiki səfirin gedişi də bununla bağlıdır”.