Erməni müxalifətinin parlamentdəki “Mənim şərəfim var” fraksiyasından olan deputat İşxan Zakaryan fraksiyanı tərk edib.
Teleqraf.com xəbər verir ki, bu barədə parlamentin vitse-spikeri Ruben Rubinyan bildirib.
Onun sözlərinə görə, deputat niyyəti barədə parlamentin sədri A.Simonyana məlumat verib.
Zakaryan müstəqil deputat kimi qanunvericilik fəaliyyətini davam etdirmək niyyətindədir.
Qeyd edək ki, ermənistan parlamentində təmsil olunan “Mənim şərəfim var” fraksiyasının 7 deputatı var. Fraksiyanın arxasında Ermənistanın sabiq prezidenti, cinayətkar Serj Sərkisyan durur.