Ermənistan hakimiyyəti ombudsman vəzifəsinə ədliyyə nazirinin müavini Kristin Qriqoryanın namizədliyini təklif edib.
Teleqraf.com xəbər verir ki, hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Vladimir Vardanyan parlamentin İnsan Hüquqları Komitəsinin iclasında Qriqoryanın namizədliyini irəli sürüb.
“Kristin Qriqoryan 1981-ci ildə anadan olub, hüquq üzrə iki ali məktəbi bitirib. Parlament aparatında, Ədliyyə Nazirliyində, baş nazirin birinci müavininin aparatında 12 ildən artıq peşə təcrübəsi keçib”, - Vardanyan deyib.
Bundan əlavə, Kristin Qriqoryan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) proqramlarının iştiraçısı olub. 2021-ci ilin aprelindən ədliyyə nazirinin müavini vəzifəsini tutur.
Hazırkı Ombudsman Arman Tatoyanın səlahiyyət müddəti 2022-ci il fevralın 23-də başa çatır. Hakimiyyət onu yenidən bu vəzifəyə seçmək fikrində deyil.