Ermənistan parlamentinin “Mənim şərəfim var” müxalifət fraksiyasının rəhbəri Artur Vanetsyan parlament nümayəndə heyətinin tərkibində ABŞ-a səfərini ləğv edib.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Vanetsyanın rəhbərlik etdiyi Vətən partiyasının mətbuat katibi Sos Akopyan bildirib.
Onun sözlərinə görə, səfərin başlamasına bir neçə saat qalmış Vanetsyana Ermənistan tərəfdən 3 nəfərin ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə görüşü haqda məlumat əldə edib. Bu zaman məlum olub ki, Vanetsyanın Nensi Pelosu ilə görüşdə iştirak etməyəcək.
“Hakimiyyət qərara gəlib ki, Nümayəndələr Palatasının spikeri ilə görüşdə müxalifət nümayəndəsinə ehtiyac yoxdur”,- Akopyan deyib.
Beləcə həmin görüşdə Ermənistan hakim partiyasının deputatlarından Alen Simonyan, Hayk Konjoryan və Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts iştirak edəcək.
Müxalifətçi Vanetsyan bu səbəblərdən də ABŞ-a səfərini yersiz hesab edib və görüşdən imtina edib.